Son 6 gün ərzində Çində virusdan ölən olmayıb
Dünya miqyasında koronavirusa yoluxanların sayı 2 milyon 639 min, ölənlərin sayı isə 184 min nəfəri keçib. AYNA pandemiya ilə bağlı son məlumatları təqdim edir:
Çin hökuməti son 24 saat ərzində pandemiyadan ölüm halı qeydə alınmadığını açıqlayıb. Bununla da ölkədə pandemiyadan ölüm halının qeydə alınmadığı 6 gün olub.
İsraildə 14592 nəfər ümumi koronavirusa yoluxma faktı var, 191 nəfər isə bu günə qədər virusun qurbanı olub.
Türkiyədə virusa yoluxanların sayı 98 min 674, ölənlərin sayı 2376 nəfərə çatıb.
Pandemiyanın ən çox zərər verdiyi ABŞ-da ölənlərin sayı 47 min 681 nəfərə çatıb. Birləşmiş Ştatlarda 849 min 92 nəfər COVID-19 xəstəsi var.
Almaniyada ölümlərin ümumi sayı 5 min 315, yoluxmaların sayı isə 150 min 648-ə yüksəlib.
Fransada yoluxanların sayı 159 min 877-ə, ölənlərin sayı isə 21 min 340-a çatıb.
Hollandiyada yoluxanların sayı 34 min 842, ölənlərin sayı 4 min 54 nəfər olub.
Belçikada yoluxanların sayı 41 min 889, ölənlərin sayı 6 min 262 nəfər təşkil edir.
Koronavirusun ən çox təsir etdiyi ölkələr arasında ilk üçlüyü bağlayan İtaliyada bu günə qədər 25 min 85 nəfər pandemiyanın qurbanı olub. Virusa yoluxanların sayı isə 187 min 327-ə yüksəlib.
Yaponiyada yoluxanların sayı 11 min 950, ölənlərin sayı 299 nəfərdir.
Avstraliyada ölənlərin sayı 75 nəfərə, yoluxanların sayı isə 6660 nəfərə çatıb.