Çində zəlzələ olub

Dünya

29.06.2026 - 11:31

Təbii fəlakət nəticəsində 13 nəfər xəsarət alıb

Çinin Siçuan əyalətində güclü zəlzələ baş verib. Ölən və yaralananlar var. AYNA.AZ xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmik Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.

Zəlzələ 29 iyun gecəsi yerli vaxtla saat 00:12-də qeydə alınıb. Zəlzələninn maqnitudası 5,2-yə çatıb ki, seysmoloqlar bunu orta dərəcədə ziyan vura biləcək zəlzələ hesab edirlər.

Episentr Yibin şəhərindən 26 kilometr cənub-şərqdə və Xunçanq qəsəbəsindən 17 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə yerləşib.

“Chnfund” nəşrinin məlumatına görə, ən azı 13 nəfər xəsarət alıb. Yüngül xəsarətlər alanlara tibbi yardım göstərilib. Bildirilib ki, 196 nəfər təcili olaraq təxliyə edilib.

Nəşr yazıb ki, "hazırda ciddi itki yoxdur, ictimai asayiş sabitdir və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri mütəşəkkil şəkildə davam edir".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş