Çində neft emalı zavodunda güclü yanğın olub

Dünya

12.07.2020 - 16:03

Hadisə zavodun sexlərindən birində təmir işləri aparılarkən baş verib

 

Çinin Fucien vilayətində neft emalı zavodunda baş verən güclü yanğın nəticəsində 2 nəfər itkin düşüb, 2 nəfər yaralanıb. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə bu gün Lonyan şəhərinin Tieşan qəsəbəsindəki baş verib.

 

Özəl şirkətlərdən birinə məxsus zavodda baş verən yanğınla əlaqədar ətraf ərazidə yaşayan bütün sakinlər təcili təxliyə edilib. Yanğının söndürülməsinə vilayətin müxtəlif şəhərlərindən yüzlərlə yanğınsöndürən cəlb olunub. Yaralı vəziyyətdə tapılan iki nəfərdən birinin vəziyyəti ağırdır.

 

İlkin ehtimala əsasən, hadisə zavodun sexlərindən birində təmir işləri aparılarkən baş verib.

Müəllif: Ayna.az