Çin səhmləri bahalaşıb

Dünya

10.04.2025 - 11:51

Həkimlər Klinikalar SEO Xidməti

Şanxay Kompozit İndeksi 3,327,84-ə, Şenzen Komponent İndeksi isə 9,757,98-ə yüksəlib

Çin hökumətinin ABŞ-ın idxalına əlavə rüsumları 84 faizə qədər artıracağını elan etdikdən sonra Şanxay Fond Birjası 1,29 faiz, Şenzen Birjası isə 2,29 faiz bahalaşıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Şanxay Kompozit İndeksi 3,327,84-ə, Şenzen Komponent İndeksi isə 9,757,98-ə yüksəlib.

Bundan əvvəl Çin Dövlət Şurasının Tarif Komissiyası ABŞ-dan idxala əlavə rüsumları 84 faizə qaldıracağını açıqlamışdı. Bu tədbir ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına rüsumların artırılmasına cavab olaraq atılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş