Çin ABŞ sanksiyalarına qarşı çıxıb

Dünya

25.08.2026 - 10:29

“Pekin ölkə şirkətlərinin hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək”

“Çin ABŞ sanksiyalarına qarşı çıxır. Pekin ölkə şirkətlərinin hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin ABŞ-dakı səfirliyinin mətbuat katibi Liu Çanq deyib.

O, ABŞ-nin İrana qarşı sanksiyalar siyahısına Çinli fərdlərin və qurumların daxil edilməsi ilə bağlı deyib.

"Biz qətiyyətlə beynəlxalq hüquq tərəfindən dəstəklənməyən və BMT Təhlükəsizlik Şurasının təsdiqlənmədiyi qanunsuz birtərəfli sanksiyalara qarşıyıq. Biz Çin biznesinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcəyik", - deyə diplomat vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş