Şirkətlərə ikili təyinatlı malların tədarükü qadağan olunub
Çinin Ticarət Nazirliyi 10 ABŞ şirkətini ixrac nəzarəti siyahısına əlavə edib və onlara ikili təyinatlı malların tədarükünü qadağan edib. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu barədə nazirliyin açıqlamasında qeyd olunub.
Qərara əsasən, Çin ixracatçılarına bu qurumlara həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə bilən məhsullar tədarük etmək qadağandır. Məhdudiyyətlər həmçinin bu şirkətlərə Çin mənşəli ikili təyinatlı mallar tədarük etmək qadağan edilmiş istənilən ölkə və ya regiondan olan təşkilatlara və şəxslərə də şamil edilir.
Nazirlikdən vurğulanıb ki, artıq həyata keçirilən hər hansı ixrac əməliyyatları dərhal dayandırılmalıdır. İstisna hallarda təchizatçılar Ticarət Nazirliyindən xüsusi icazə üçün müraciət edə biləcəklər.
Bundan əlavə, Çin hakimiyyəti 46 ABŞ şirkətindən dövlət tenderləri vasitəsilə məhsul almağı qadağan edib. Lakin məhdudiyyətlər Çində fəaliyyət göstərən ABŞ investisiyalı şirkətlərə şamil edilmir.