Cənubi Koreya Trampın Şimali Koreya ilə dialoqun təşviqi səylərini dəstəkləyir

Dünya

20.08.2026 - 13:23

Cənubi Koreya Prezidenti sülhməramlı səylərdə Amerika liderinə dəstək verəcəyini bildirib

Cənubi Koreya Prezidenti Li Ce Myonq ABŞ Prezidenti Donald Trampın Şimali Koreya ilə dialoq üçün şərait yaratmaq səylərinə hörmətlə yanaşdığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Myonq “X” sosial media platformasında yazıb.

"İnanıram ki, Prezident Trampın mesajı Koreya yarımadasında düşmənçilik və qarşıdurmadan kənarda sülh yaratmaq üçün ciddi niyyətlərini əks etdirən vacib bir qərardır", - deyə Li Ce Myonq qeyd edib.

O, Trampın "Koreya yarımadasında dinc rejim qurmaq naminə dialoq üçün şərait yaratmaq səylərini, hətta bu, Cənubi Koreya-ABŞ birgə təlimlərinin azaldılması demək olsa belə" bölüşdüyünü qeyd edib.

Cənubi Koreya Prezidenti sülhməramlı səylərdə Amerika liderinə dəstək verəcəyini bildirib və təlimlərin azaldılması qərarına hörmətlə yanaşdığını əlavə edib.

Qeyd edək ki, bazar ertəsi günü ABŞ Prezidenti Donald Tramp müttəfiqlərin Şimali Koreya ilə mümkün toqquşmalara hazırlaşmaq üçün hər il keçirdiyi birgə ABŞ-Cənubi Koreya Ulçi Azadlıq Qalxanı (UFS) təlimlərinin həcminin azaldılmasını əmr edib. Amerika liderinin sözlərinə görə, təlimlər çox bahalıdır və "onların əhəmiyyətli bir hissəsi ABŞ tərəfindən ödənilib". Tramp əlavə edib ki, onlar həmçinin "Şimali Koreyaya tamamilə lazımsız düşmənçilik siqnalı göndərirlər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş