Cənubi Koreya Prezidenti prokurorluğa dindirilməyə çağırılıb

Dünya

17.12.2024 - 13:21

Həkimlər Klinikalar SEO Xidməti

Yun Seok-yeol üsyana cəhddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur

Vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılan Cənubi Koreya Prezidenti Yun Seok-yeol dindirilmək üçün prokurorluğa çağırılıb. AYNA xəbər verir ki, Cənubi Koreyanın “Yonhap” xəbər agentliyinin verdiyi məlumata görə, Prezident elan etdiyi hərbi vəziyyətə görə üsyana cəhddə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Agentliyin məlumatına görə, bu, artıq prokurorluqda Yun Seok-yeola göndərilən ikinci çağırışdır. O, birinci çağırışa məhəl qoymayıb.

21 dekabradək Prezident ikinci dəfə prokurorluğa getməsə, onun həbsinə dair orderə baxılacaq.

Müstəntiqlərin həmçinin Prezidentin telefon danışıqlarının qeydlərini əldə etmək üçün onun təhlükəsizlik xidmətində axtarışlar apardıqları bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş