Bu məhsulların idxalı mümkün olmayacaq

Cəmiyyət

27.04.2021 - 22:31

Həkimlər Klinikalar SEO Xidməti

Qeydiyyatda olmayan məhsulların sistemə daxil edilməsinin qarşısı avtomatik alınacaq

 

Sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız aqrokimyəvi maddələrin, pestisidlərin ölkəyə idxalı mümkün olmayacaq. AYNA xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

 

Bildirilib ki, artıq ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələri ilə bağlı idxal prosesi daha da təkmilləşdirilib, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən yeni elektron modul istifadəyə verilib.

 

Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün olmayacaq.

 

Belə ki, idxal üçün elektron müraciət zamanı sahibkarlıq subyekti tərəfindən qeydiyyatda olmayan məhsulların sistemə daxil edilməsinin qarşısı avtomatik alınacaq.

 

Qeyd edək ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş