Bu gündən Bakı metrosu sutkada 5 saat işləyəcək

Cəmiyyət

29.03.2020 - 08:23

Koronavirus təhlükəsinə qarşı mübarizə tədbirləri davam etdirilir 

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda xüsusi karantin rejiminin gücləndirilməsilə haqqında qərarına əsasən bu gündən Bakı metrosu üçün yeni iş vaxtı müəyyən edilib.

 

AYNA xəbər verir ki, martın 29-dan Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 arası olacaq.

 

Qeyd edək ki, Azərbaycanda 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

Müəllif: Ayna.az