Britaniya Fransa ilə Fələstinin tanınması imkanlarını müzakirə edir

Dünya

01.05.2025 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

London və Parisin bu addımı BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan beynəlxalq konfransla eyni vaxta düşə bilər

Böyük Britaniya Fransa ilə 2025-ci ilin yayın əvvəlində Fələstinin tanınmasını elan etmək planlarını müzakirə edir. AYNA.AZ xəbər verir ki, Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, bu addım BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan “iki xalq üçün iki dövlət” planının həyata keçirilməsi üzrə beynəlxalq konfransla eyni vaxta düşə bilər.

Çərşənbə günü Britaniya Parlamentinin komitəsində danışan Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilk dəfə olaraq London və Parisin Səudiyyə Ərəbistanının birgə sponsorluğu ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə etdiyini təsdiqləyib. Eyni zamanda, o daha əvvəl vurğulamışdı ki, Fələstin dövlətinin tanınması üçün zəruri şərt Qəzza zolağında radikal HƏMAS hərəkatının nümayəndələrinin hakimiyyətdən tamamilə uzaqlaşdırılması və hərəkat liderlərinin muxtariyyəti tərk etməsi olacaq.

Məqalədə qeyd edilib ki, Fələstinin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü tərəfindən tanınması Fələstin-İsrail nizamlanması sahəsində səylərə yeni təkan verə bilər, lakin buna gedən yolda bir çox diplomatik maneələr var. Əsas olanlardan biri İsrailin müqaviməti olacaq, onun rəhbərliyi Fələstinin tanınmasının HƏMAS və İranın mövqelərini gücləndirəcəyinə inanır. Üstəlik, Lamminin çıxışında vurğuladığı kimi, London Fələstinin Böyük Britaniya və Fransa tərəfindən tanınmasının sırf simvolik bir jest olmasını istəmir. Onun sözlərinə görə, belə bir addım regionda vəziyyəti müsbətə doğru dəyişə biləcək maksimum effekt verə biləcəyi bir vaxtda atılmalıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş