Hazırda 8 mindən çox xəstənin vəziyyəti ağırdır
Braziliyada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı 19 milyon nəfəri ötüb.
AYNA pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 48 504 nəfər artaraq 19 069 003 nəfərə, ölənlərin sayı isə 1 172 nəfər artaraq 532 949 nəfərə çatıb.
Hazırda müalicəsi davam edən 1 005 685 xəstədən 8 318 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Eyni zamanda, ölkədə 17 530 369 pasiyentin COVID-19 xəstəliyindən sağaldığı bildirilir.
Braziliya dünyada COVID-19 xəstəliyindən ölənlərin sayına görə 1-ci yeri tutur.