BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Xəbərlər

18.11.2020 - 16:19

Girovların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verilib

 

Beynəlxalq Qırımızı Xaç Komitəsi (BQXK) Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib. AYNAnın xəbərinə görə, bu barədə BQXK-nın Azərbaycan Nümayəndəliyindən məlumat verilib.

 

Bildirilib ki, BQXK nümayəndələri qurumun mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində salanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkiblər.

 

“Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçiriblər və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat veriblər”, - deyə qeyd olunub.

Müəllif: Ayna.az