Dunkan Norman yeni səfir təyin edilib
Böyük Britaniya Dunkan Normanı Azərbaycana yeni səfir təyin edib. AYNA.AZ xəbər verir ki, bu barədə Norman öz sosial media hesabında açıqlayıb.
"Böyük Britaniyanın Azərbaycana yeni səfiri təyin olunduğum üçün qürur duyuram. Böyük Britaniyanın Azərbaycanla ikitərəfli münasibətlərini inkişaf etdirməyi və tərəfdaşlığımızı dərinləşdirmək üçün ortaq prioritetlərimiz üzrə vacib işləri davam etdirməyi səbirsizliklə gözləyirəm", - deyə o bildirib.
Norman vəzifəsinin icrasına 2026-cı ilin may ayında başlayacaq.
Qeyd edək ki, Norman səfir vəzifəsində Ferqus Auldu əvəz edəcək.
Norman 1990-cı ildən diplomatik xidmətdə işə başlayıb. O dünyanın müxtəlif yerlərində Britaniya diplomatik missiyalarında müxtəlif vəzifələrdə işləyib. O 1998-ci ildən 2000-ci ilə qədər Ermənistanda missiya rəhbərinin müavini, 2016-cı ildən 2021-ci ilə qədər isə Albaniyada Britaniya səfiri vəzifəsində olub.