Yanğının söndürülməsinə 2 helikopter və 20 suçiləyici cəlb edilib
Bodrumda başlayan meşə yanğını məşhur “Titanic Otel”ə keçib. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, oteldə olan bütün qonaqlar dəniz yolu ilə təxliyyə edilib. Hazırda yanğının söndürülməsinə 2 helikopter və 20 suçiləyici cəlb edilib.
Bölgədə quru yolu bağlanıb, yalnız yanğınsöndürənlərin girişinə icazə verilir.


