Bilgəhdə dənizdə batan iki tələbənin meyiti tapılıb

Xəbərlər

22.09.2026 - 11:03

Üç gün əvvəl batan iki şəxsin meyiti tapılıb

Üç gün əvvəl Bilgəhdə dənizdə batan iki şəxsin meyiti tapılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, sentyabrın 19-u Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hər iki gəncin tələbə olduğu bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş