Bəzi ölkələrdən quş ətinin  idxalına məhdudiyyət qoyulub

Xəbərlər

07.02.2025 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Macarıstanın Peşt, Heveş bölgələrində, Amerika Birləşmiş Ştatlarının isə Şimali Karolina, Merilend, Florida ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Qeyd olunub ki, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş