Belarus Ukrayna sərhədinə S-400 yerləşdirəcək

Dünya

13.09.2021 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Lukaşenko: “Ukraynadan gələn hərbi təhlükəni dəf etməyə hazır olmaq lazımdır”

Belarus Ukrayna ilə sərhədlərinə S-400 hava hücumundan müdafiə sistemləri yerləşdirəcək. AYNA BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Baranoviçi yaxınlığındakı Obuz-Lesnovski poliqonuna səfəri zamanı deyib.

Prezident qeyd edib ki, Belarus S-300 zenit-raket kompleksləri ilə ölkəsinin istiqamətinin bütün perimetrini tamamilə blokadaya alıb.

“Ukraynadan gələn hərbi təhlükəni dəf etməyə hazır olmaq lazımdır. Bunun üçün Belarus-Ukrayna sərhədində S-400 hava hücumundan müdafiə sistemi yerləşdirməli olacağıq”, - deyə Lukaşenko vurğulayıb.

Xatırladaq ki, Belarus və Rusiya prezidentləri 2025-ci ilə qədər Belarus Ordusuna veriləcək rus silahlarının siyahısını razılaşdırıblar. Lukaşenko bildirib ki, Minsk Moskvadan dəyəri bir milyard dollardan çox silah alacaq.

Onu da qeyd edək ki, sentyabrın 10-da Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə ehtimal olunan genişmiqyaslı müharibədən danışıb. Ukrayna liderinin fikrincə, belə bir risk Kremlin təcavüzkar hərəkətləri nəticəsində yaranan iki ölkə xalqları arasındakı uçurumdan qaynaqlanır. Zelenski iki dövlət arasında silahlı toqquşmanın Moskvanın ən böyük səhvi olacağını da vurğulayıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş