Bəhram Bağırzadə hələ reanimasiyadadır

Xəbərlər

17.07.2020 - 12:46

cedabet dərman SEO Xidməti

Rəşad Mahmudov: “Öz tənəffüsü bəs edir”

 

“Bəhram Bağırzadənin vəziyyəti yaxşıdır”. AYNA xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 

O həmçinin bildirib ki, B.Bağırzadənin əhval-ruhiyyəsi yaxşıdır: “Öz tənəffüsü bəs edir. Hələ ki, reanimasiyadadır”,- deyə o əlavə edib.

 

Qeyd edək ki, əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

 

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.

 

EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

 

İyulun 1-də B. Bağırzadə EKMO cihazından ayrılıb.

 

Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş