Bayden balaca qızı çiynindən dişlədi - VİDEO

Maraqlı

15.07.2023 - 08:55

Balaca qız Baydenin bu davranışından qorxub

ABŞ Prezidenti Co Bayden Finlandiyaya səfəri zamanı zarafatla balaca qızı dişləyib. AYNA xəbər verir ki, videonu “Fox News” yayımlayıb.

Kadrlarda dövlət başçısı səfirliyin əməkdaşları və onların ailə üzvləri ilə birlikdə Helsinki-Vantaan beynəlxalq hava limanında görüntülənib. Videoda Amerika liderinin uşağa tərəf əyildiyi və çiynindən yüngülcə dişlədiyi görünür.

Balaca qız Baydenin bu davranışından qorxub və Prezident onun yanağından öpmək istəyəndə üz döndərməyə çalışıb.

Müəllif: Ayna.az