Bakıda yaşayış binasında yanğın olub

Xəbərlər

05.06.2026 - 19:11

Yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən AYNA.AZ-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Baş vermiş yanğın FHN qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş