ETSN: Yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb
Bakıda müşahidə olunan dumanın səbəbləri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın AYNA-ya verdiyi məlumata görə, hazırda paytaxtda müşahidə olunan duman təbii meteoroloji hadisədir.
“Havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb”, - ETSN rəsmisi bildirib.