Yanğınsöndürmə işləri davam etdirilir
Bakıda yanğın baş verib. AYNA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexində yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğını söndürməyi bacarıblar.