Bakıda itkin düşmüş şəxslər mövzusunda beynəlxalq konfrans başlayıb

Xəbərlər

30.06.2026 - 10:54

Konfransda DTX rəsmiləri, xarici nümayəndələr, diplomatik korpusun təmsilçiləri, deputatlar iştirak edir

Bakıda İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

AYNA.AZ xəbər verir ki, konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmiləri, xarici nümayəndələr, diplomatik korpusun təmsilçiləri, deputatlar iştirak edir.

Tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri Qəzənfər Əhmədov moderatorluğu ilə keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş