Tədbirdə Azərbaycan hökumətini Baş nazirin müavini Şahin Mustafayev təmsil edib
Bakıda İran İslam İnqilabının 46-cı ildönümü münasibətilə tədbir keçirilib.
AYNA APA-ya istinadən xəbər verir ki, tədbirdə Azərbaycan hökumətini Baş nazirin müavini, Azərbaycan-İran Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev təmsil edib.
Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyyid Cəfər Ağayi Mərian çıxış edərək, ölkəsinin ötən müddətdə tibb, energetika, kənd təsərrüfat, nanotexnologiya və çox digər sahələrdə qazandığı uğurlardan danışıb.
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev əvvəlcə hökumət adından təbriklərini çatdırıb.
O deyib ki, ölkəmiz ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına böyük önəm verir.
Daha sonra tədbir bədii hissə ilə davam edib.