Bakıda iki nəfər aktiv koronavirus xəstəsi saxlanılıb

Hadisə

29.05.2021 - 16:45

Həkimlər Klinikalar SEO Xidməti

Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb

 

Daxili işlər orqanlarının əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazilərində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlayıb.

 

Daxili İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb.

 

Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Digər şəxsin Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, oranı özbaşına tərk etməsi müəyyən edilib və xəstəxanaya təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş