Bakıda iki marşrut üzrə avtobuslar yenilənir

Xəbərlər

03.08.2026 - 19:10

51 və 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə əlaqələndirən 51 nömrəli və Zabrat qəsəbəsi ilə əlaqələndirən 118A nömrəli marşrutlarda istismar olunan avtobuslar yenilənir.

AYNA.AZ xəbər verir ki, avqustun 4-dən bu marşrutlar üzrə müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan “King Long” markalı avtobuslar sərnişinlərə xidmət göstərəcək.

Hər iki marşrutda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş