Bakıda gənc qız intihar edib

Hadisə

17.07.2021 - 12:46

19 yaşlı qız özünü 10-cu mərtəbədən atıb

 

Bakıda intihar hadisəsi baş verib. AYNA-nın “Report”a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

 

Belə ki, 19 yaşlı Kamilə Həşimli özünü 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yerə atıb. O, hadisə yerindəcə keçinib.

 

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Müəllif: Ayna.az