Paytaxtda növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Sabah Bakının bəzi küçə və prospektlərində dezinfeksiya aparılacaq. AYNA xəbər verir ki, bu barədə paytaxtın kommunal strukturlarından bildirilib.
Qeyd olunub ki, COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, dekabr ayının 19-da kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.