Bakıda avtomobil yanıb

Hadisə

01.09.2026 - 23:57

Hadisə zamanı xəsarət alan olmayıb

Bakının Xətai rayonu, Babək prospektində avtomobildə yanğın baş verib. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş