Bakı–Ağstafa marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək

Xəbərlər

21.09.2026 - 15:54

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26 və 27 sentyabr tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən AYNA.AZ-a verilən məlumata görə, eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Qeyd olunur ki, biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş