Tıxac nəqliyyatın hərəkətini iflic edib
Bakı-Sumqayıt yolunda güclü tıxac müşahidə olunur.
AYNA-nın APA-ya istinadən xəbərinə görə, buna səbəb Xırdalan qəbiristanlığının qarşısındakı yolda kanalizasiya borularının yenilənməsidir.
Tıxac artıq Xırdalan şəhərinin mərkəzində, Heydər Əliyev prospektində nəqliyyatın hərəkətini iflic edib.
Ərazidə yol polisi əməkdaşları gözə dəymir.