Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək

Xəbərlər

02.11.2026 - 17:33

Noyabrın 7-si, 8-i, 9-u və 10-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar sərnişin tələbatının qarşılanması məqsədilə noyabrın 7-si, 8-i, 9-u və 10-da Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

ADY-dən AYNA.AZ-a bildirilib ki, QSC həmçinin Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi hərəkət qrafikinə uyğun olaraq gündəlik sərnişin daşımaları davam etdiriləcək.

Qatar biletlərini ADY-nin rəsmi internet saytından, “ADY Mobile” mobil tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş