Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb
Sentyabr 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AYNA.AZ-a bildirilib ki, müraciətlər arasında psixoloq xidmətinin təşkili, uşaqlar üçün qayğı mərkəzlərinin fəaliyyəti, məşğulluq və işlə təmin olunma, uşaqların sağlamlığının təminatının gücləndirilməsi, həmçinin qadınların kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı məsələlər yer alıb.
Hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.