Film ölkəmizi festivalın “Türk dünyası” bölməsində təmsil edir
VII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət Həsənovun “Daxildəki ada” filminin müsabiqədənkənar təqdimatı olub.
Dövlət Film Fondundan AYNA-ya bildirilib ki, film ölkəmizi festivalın “Türk dünyası” bölməsində təmsil edir.
Filmin “Rodina” kinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.