Xudu Mürsəlov vəfat edib

Mədəniyyət

09.01.2023 - 04:54

Aktyor dünən axşam saatlarında dünyasını dəyişib

Aktyor Xudu Mürsəlov vəfat edib. AYNA xəbər verir ki, bu barədə mərhumun tanışları sosial şəbəkədə məlumat paylaşıblar.

Qeyd olunub ki, aktyor dünən axşam saatlarında dünyasını dəyişib.

X.Mürsəlovun ürək tutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, X.Mürsəlov 1994-2004-cü illərdə Bakı Bələdiyyə Teatrında işləyib. Müxtəlif tamaşalarda və yerli seriallarda rollar alıb.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az