Ruslar Xankəndidə “Qəhrəmanlar xiyabanı" yaradıblar

Xəbərlər

10.11.2021 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Xiyabanda sülhməramlılara həsr olunan abidə və Rusiyanın məşhur şair və yazıçılarının 10 büstü yerləşdirilib

Azərbaycanın Xankəndi şəhərində Rusiya sülhməramlı qüvvələrinin Qarabağa yerləşdirilməsinin 1 illiyi münasibətilə tədbir keçirilib.

AYNA TASS-a istinadən bildirir ki, Xankəndi yaxınlığında sülhməramlı qüvvələrin hərbi şəhərciyində “Qəhrəmanlar xiyabanı" və sülhməramlılara həsr olunmuş abidənin açılışı olub.

Xiyabanın açılışına Cənub Hərbi Dairəsinin komandir müavini, Qarabağdakı sülhməramlıların birinci komandanı general-leytenant Rüstəm Muradov və sülhməramlı kontingentin komandanı, general-leytenant Qennadi Anaşkin qatılıb.

Qeyd edək ki, “Qəhrəmanlar xiyabanı”nda Rusiyanın məşhur şair və yazıçılarının 10 büstü də yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş