Azərbaycanın İsveçdəki səfiri dəyişib

Xəbərlər

12.08.2026 - 12:43

Zaur Əhmədov geri çağırılıb, Elnur Sultanov yeni səfir təyin olunub

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AYNA.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş