Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

Xəbərlər

30.06.2021 - 20:58

Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib

 

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb. AYNA bildirir ki, Kiyev vilayət polisindən “Report”a verilən məlumata görə, həmin şəxs saxta sənəd gəzdirnək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.

 

Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş.

 

Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.

Müəllif: Ayna.az