Təbiət hadisəsi Qobustan rayonunda qeydə alınıb
Azərbaycanda zəlzələ olub. AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AYNA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 17:45-də baş verib.
Təbiət hadisəsi Qobustan stansiyasından 20 km cənub-şərqdə Qobustan rayonunda qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 3.5, dərinliyi 44 km olub.