ilin əvvəlindən pul bazası 1,8 milyard manat artıb
Azərbaycanda pul bazasının həcmi avqustun 31-nə 24,2 milyard manat təşkil edib. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, ilin əvvəlindən pul bazası 1,8 milyard manat və ya 7,9% artıb.
Təkcə avqust ayında pul bazası təxminən 296 milyon manat və ya 1,2%, illik müqayisədə isə 3,1 milyard manat və ya 14,8% artıb.