Azərbaycanda hərbi vəziyyət rejimi ləğv edilir - <font color=red> RƏSMİ</font>

Xəbərlər

07.12.2020 - 15:46

Milli Məclisin dekabrın 11-də keçiriləcək iclasında qərar veriləcək

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də, saat 00.00-dan “Hərbi vəziyyətin ləğv olunması haqqında” fərmanının təsdiq edilməsi məsələsi Milli Məclisdə müzakirə olunacaq. Bu barədə AYNA-ya Milli Məclisin Mətbuat Xidmətindən bildirilib.

 

Qeyd olunub ki, məsələ Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında müzakirəyə çıxarılacaq.

Müəllif: Ayna.az