Azərbaycanda daha 40 nəfər COVID-19-dan vəfat edib

Xəbərlər

24.12.2020 - 17:04

Son sutkada 4226 nəfər COVID-19-dan sağalıb, 1850 nəfər yoluxub

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 4226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 210 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 155 886 nəfər müalicə olunaraq sağalıb, 2 380 nəfər vəfat edib, aktiv xəstə sayı 51 795 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 034, ötən müddət ərzində isə ümumilikdə 2 115 991 test aparılıb.

Müəllif: Ayna.az