Ceyhun Bayramov və Gideon Saar arasında telefon danışığı olub
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub. AYNA.AZ xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri Gideon Saar “X”də bildirib.
O Ceyhun Bayramovla telefon danışığı zamanı “İranın Azərbaycana qarşı qəsdən və açıq təcavüzünü pislədiyini” bildirib.
Saar qeyd edib ki, bu, tamamilə qəbuledilməzdir.
"İsrail məqsədinə çatana qədər hərbi əməliyyatı davam etdirməyə qərarlıdır", - israilli nazir vurğulayıb.