“Azeri Light”ın bir barrelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib
Dünya birjalarında neft qiymətləri bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,34 dollar artaraq 40,80 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,30 dollar bahalaşaraq 38,86 dollar olub.
Azərbaycan neftinin qiyməti isə kəskin ucuzlaşıb. Belə verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2 dollar ucuzlaşaraq 40,47 dollar təşkil edib.
Qeyd edək ki, “qara qızıl”ın qiyməti qlobal miqyasda koronavirusa yoluxma hallarındakı artımın neft tələbatının bərpa prosesini ləngitdiyinə dair narahatlıqlar fonunda ucuzlaşır.