Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşır

İqtisadiyyat

11.08.2021 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neft qiymətləri bahalaşır

 

Dünya birjalarında neft qiymətləri bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 70,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,32 dollar bahalaşaraq 68,61 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,01 dollar artaraq 70,97 dollar təşkil edib.

 

Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş