Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

11.08.2026 - 11:09

"Azeri Light"ın qiyməti 95 dolları ötüb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,23 dollar və ya 1,31% artaraq 95,16 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 93,93 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş