“Azərbaycan Dəmir Yolları”nda qərargah yaradılıb

Cəmiyyət

29.02.2020 - 20:39

“Azərbaycan Dəmir Yolları” QSC koronavirusla bağlı hərəkətə keçib 

 

Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-nin və tabeçiliyində olan qurumların rəhbər şəxslərindən ibarət qərargah yaradılıb. 

 

Bu barədə AYNA-ya qurumdan bildirilir. 

 

Bununla yanaşı, Bakı Dəmiryol Vağzalının (055) 499 61 11 nömrəli "qaynar xətt"i fəaliyyətə başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş