“Ayaqlar arasından sallanan” Jirinovski: məntiqli və faciəli final - VİDEO

Tarix

05.09.2021 - 22:10

Adam siyasi bir klounluğu sayəsində yaxşı maddi sərvət topladı, ancaq bütün bu sərvət onu xoşbəxt etdimi?

 

Rusiya Federasiyası Kommunist Partiyası Moskva şəhər komitəsinin katibi, Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, Dövlət Dumasının deputatı Denis Parfyonov Liberal Demokrat Partiyasının “hakimiyyətin ayaqları arasında sallandığını” söylədi. Bu açıqlamanı o, Dövlət Dumasına namizədlərin seçkiqabağı debatında çıxış edərkən verdi.

 

“Dövlət Dumasında dörd partiya var, lakin onlardan üçü hakimiyyətin ayaqlarıdır: sağ ayağı olan "Vahid Rusiya", sol ayağı "Ədalətli Rusiya"dır. Və Jirinovski bu ayaqların ortasında sallanır”, - deyə bildirdi.

 

Əslində, Parfyonov yeni bir şey demədi. Mərhum Vasili Şandibinin on il bundan əvvəl dediklərini təkrarladı. Rusiya Federasiyası Kommunist Partiyasının liderlərindən biri olan və sonra Rusiya Aqrar Partiyasına keçən siyasətçi, artıq Rusiyanın bütün siyasi sistemi və Jirinovskinin oradakı yeri haqqında ən doğru tərifi vermişdi.

 

Vladimir Volfoviç indi eyni Parfyonova qışqıra, çımxıra, qəzəblənə bilər, amma həqiqət budur ki, Rusiya Liberal Demokrat Partiyası və Jirinovski həqiqətən də Parfyonovun indi təkrar etdiyi, Şandibinin müəllifi olduğu sözlərə layiqdir. Və bu, prinsipcə axmaq olmaqdan uzaq olan bir insanın şəxsi faciəsidir.

 

Bəli, Vladimir Jirinovski heç də axmaq deyil. Çox savadlıdır, mükəmməl təhsillidir, həmişə öz üzərində çalışıb və işləməyə davam edir. Ancaq bütün bunlar Liberal Demokrat Partiyasının daimi liderinin cəmiyyət qarşısında ona hörmət vəd etməyən bir rol seçməsinin sadə səbəbi ilə dəyərsizdir. O, siyasi bir kloun rolunu oynayır. Bəli, bunun sayəsində yaxşı maddi sərvət toplayıb, ancaq bütün bu pullar onu xoşbəxt etdimi? Ehtimal ki, yox.

 

Hələ iyun ayında Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan vitse-spikeri, Jirinovskinin oğlu İqor Lebedev ölkənin siyasi həyatında iştirakını dayandırdığını və növbəti parlamentə namizəd olmayacağını açıqladı. Məlum oldu ki, o, bunu atası ilə uzun sürən bir münaqişə səbəbindən edib. Rusiya parlamentindəki iki həmsöhbət RBC-yə bildirib ki, Lebedev və Jirinovskinin həm maliyyə problemləri, həm də partiyanın inkişafı, partiya və Duma vəzifələrinə insanların təyin edilməsi ilə bağlı uzun müddətdir fikir ayrılıqları olub.

 

Ancaq hamı bilirdi ki, Jirinovski əvvəlcə Lebedevə Liberal Demokrat Partiyasını miras kimi qoymağı planlaşdırırdı. Lakin, hətta bu da baş vermədi. Jirinovskinin gedişindən sonra istər fiziki, istər siyasi olsun, ayaqlar arasında sallanan bu partiyanın gələcəyi çox qeyri-müəyyəndir. Vladimir Volfoviçin özünə gəlincə, o, sağlığında nekroloqunu korlamağı bacardı.

 

Ona təkcə Rusiyada deyil, Azərbaycanda, Ukraynada, Qazaxıstanda da eyni dərəcədə nifrət edirlər. Və səbəbsiz deyil. Ən son nümunə, Rusiya Liberal Demokrat Partiyası liderinin doğulduğu və böyüdüyü respublikaya qarşı aşağılayıcı kobudluğudur.

 

“Bizə bağırırlar: “rus donuzları" deyir və ya Qazaxıstanı rusların qurduqlarından imtina etməyə məcbur edirlər. Mən orada doğulmuşam, deyirəm, Qazaxıstanda bütün şəhərləri, fabrikləri, zavodları, universitetləri, muzeyləri ruslar tikdiriblər. Hər şeyi! Axı oranın yerli əhalisi çöldə idi, köçərilərdir, bir yurtada yaşayırdılar”, - deyə Jirinovski “Rusiya-1” telekanalında, propoqandoist Vladimir Solovyovun proqramında hayqırdı.

 

Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Qazaxıstanla bağlı açıqlamaları ciddiyə alınmamalıdır. “Azattyq Ryhy” xəbər verir ki, bu fikri Qazaxıstan Respublikası Prezident Administrasiyası rəhbərinin birinci müavini Dauren Abayev səsləndirib. "Biz çoxdan Jirinovskinin Qazaxıstanla bağlı açıqlamalarını ciddi qəbul etməyi tərgitməliyik. Ortada davamlı bir şou var, siyasət yoxdur. Təbii ki, seçkilərdən əvvəl xal qazanmaq cəhdidir. Hamısı budur”, - Abayev deyib.

 

O, haqlıdır. Jirinovskidən hamınln zəhləsi gedir, o, lağa qoyulur, onu “ayaqlar arasında sallanan” adam adlandırırlar. Və bu, şüurlu şəkildə siyasi kloun rolunu seçən birinin həyatında məntiqli, lakin faciəli bir sonluqdur.

Müəllif: Əkbər Həsənov