Andrey Sıbiqa: “Biz qalan üçdə birini mümkün qədər tez almaq üçün çalışırıq”
“Avropa ölkələri Ukraynaya vəd edilən 2 milyon sursatın üçdə ikisini göndərib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa Avropa İttifaqıİ diplomatiyasının rəhbəri Kaya Kallas ilə görüşdən sonra “X” sosial şəbəkə hesabında yazıb.
“Avropa İttifaqına üzv dövlətlər artıq 2 milyon artilleriya mərmisinin üçdə ikisini veriblər və biz qalan üçdə birini mümkün qədər tez almaq üçün çalışırıq”, - deyə nazir qeyd edib.
Sıbiqa Kallasa "vacib təşəbbüsü" üçün təşəkkür edib.